18 Mart 2020 17:18
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın vəkili Aram Orbelyan Baş nazir Nikol Paşinyanı məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, bu barədə vəkilin özü açıqlama yayıb.

Orbelyan Ermənistan Baş nazirinin onun barəsində əsaslandırılmamış və böhtan xarakterli ittihamlar irəli sürdüyünü bildirib. Bunu nəzərə alan Aram Orbelyan mənəvi ziyana görə pul təzminatı tələbi ilə Nikol Paşinyan əleyhinə məhkəməyə müraciət edib.

Nikol Paşinyan martın 10-da Kacaran rayonunda konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referendum öncəsi kampaniya zamanı Aram Orbelyana qarşı ittiham səsləndirib. O, Köçəryanın vəkilinin tez-tez Konstitusiya məhkəməsinə getdiyini, referendumun nəticələrini indidən saxtalaşdırmağa çalışdığını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər