Özbəkistanda koronavirusa yoluxanların sayı 15 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Koronavirus infeksiyası aşkar olunan şəxslər karantinə alınaraq, həkimlərin ciddi nəzarəti altında müalicə olunur.
Virus infeksiyasına ilk yoluxma faktı martın 15-də qeydə alınan Özbəkistanda Prezident Şavkat Mirziyoyev xalqa müraciət edərək insanları sakit olmağa və həkimlərin tövsiyələrinə riayət etməyə çağırıb.
Onun sözlərinə görə, vəziyyət mütəxəssislərin tam nəzarəti altındadır və narahatlığa heç bir əsas yoxdur: "Hamımız milliyyətdən, dilindən, inancından asılı olmayaraq birləşmişik və əminik ki, bu çətinliklərin öhdəsindən mütləq gələcəyik".
Prezident insanlara şəxsi gigiyena və sanitariya qaydalarına ciddi əməl etməyə səsləyib: "Kimsə özünü yaxşı hiss etməzsə, vaxtında təcili tibbi yardım personalına müraciət etsin".