20 Mart 2020 12:57
4 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəmən ordusu Bəyda vilayətində qiyamçı Husi qüvvələrinin 80 hərbçisini zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə əməliyyatlara rəhbərlik edən hərbi qüvvələrin komandanı Əbdürrab əl-Əshabi açıqlama verib.

O, açıqlamada 80 qiyamçının həlak olduğunu, 20-nin də əsir götürüldüyünü deyib.

Bölgədəki bəzi mövqelərin Yəmən ordusu tərəfindən ələ keçirildiyini açıqlayan Əshabi nəzarətə götürülən ölkənin mərkəzində yerləşən Bəyda şəhərinin strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.

Cəvf vilayetində baş verən qarşıdurmalarda isə bölgədəki qəbilələrdən Yəmən ordusuna dəstək gəlib. Buradakı döyüşlərdə 20 hərbçisi həlak olan, 15-i əsir düşən qiyamçı husilər öz mövqelərindən geri çəkilmək məcburiyyətində qalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər