Gürcüstan Prezidenti Salome Zurabişvili martın 21-də Tbilisidəki diplomatik korpusun təmsilçiləri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycanı bu ölkədəki səfirliyimizin birinci katibi Sərxan İsmayılov və konsul Ramel Lətifov təmsil ediblər.
Prezident diplomatlara Gürcüstanda fövqəladə vəziyyətin elan olunması barədə məlumat verib. O, həmçinin görüş iştirakçılarını koronavirusla bağlı ölkədə mövcud vəziyyət haqqında məlumatlandırıb.
Görüşdə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani, Avropa İttifaqının nümayəndəsi Karl Xartsel, Türkiyə səfiri Fatma Ceren Yazqan, Çin və digər ölkələrin diplomatları iştirak ediblər.