22 Mart 2020 13:35
8 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Donald Tramp administrasiyasının Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçılara birbaşa maliyyə yardımı dayandırması erməniləri məyus edib.

Teleqraf.com xəbər verir ki, erməni KİV rəsmi Vaşinqtonun qərarının siyasi xarakterli olduğunu yazıb.

Məlumatda qeyd edilir ki, ABŞ müstəqilliyini tanımadan Qarabağa birbaşa humanitar yardım göstərən yeganə dövlət idi: “Zamanla bu məsələnin ABŞ tərəfindən arxa plana atacağı gözlənilən idi”.

ABŞ-da Qarabağın müstəqilliyini təxminən 10 ştat tanıyır. Lakin bunun qarşılığında 2013-cü ildə Krımın Rusiyaya ilhaqının şərəfinə Xankəndində konsert təşkil olundu”.

Erməni mənbələr qeyd edir ki, Krımın Rusiyaya ilhaqının Qarabağ və Ermənistanda sevincə qarşılanması ABŞ-ı qəzəbləndirib və bunun məsuliyyətinin rəsmi İrəvan daşıyır.

Məlumatda o da qeyd edilib ki, Qarabağa birbaşa yardımı dayandırmaq məsələsi vaxtilə Barak Obama administrasiyası tərəfindən da dilə gətirilib.

Erməni mənbələr Qarabağ separatçılarının ABŞ-ın maraq dairəsindən çıxmasına görə Rusiyaya meyl göstərən Ermənistan rəhbərliyini ittiham edir.

Əlavə edək ki, son aylarda erməni lobbi təşkilatları və bəzi ermənipərəst konqresmenlərin fəallığına baxmayaraq, ABŞ-dan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçılara maddi dəstək təmin etmək mümkün olmayıb. Donald Tramp administrasiyası Qarabağı minalardan təmizlənmə proqramı üçün maliyyə resursları ayırmağı dayandırmaq qərarına gəlib.

ABŞ müstəqilliyini tanımadığı Qarabağa birbaşa maliyyə yardımı göstərən yeganə dövlət idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər