NATO ilə Rusiya arasında hərbi qarşıdurma olmayacaq.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Barak Obama CBS telekanalına verdiyi açıqlamasında deyib.
“Yox. Mən NATO ilə Rusiya arasında hərbi münaqişənin olacağını fikirləşmirəm. Biz müttəfiqlərimizin sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün əlavə qüvvələr yerləşdirmişik. Əgər hər hansı NATO ölkəsində problemlər yaranarsa, biz ora köməyə gedirik. Ancaq o zaman qarşıdurma ola bilər Rusiyada bunu başa düşürlər”, - prezident deyib.