Ermənistanda koronavirus infeksiyasına yoluxma hallarının sayı 265-ə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə martın 25-də Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin saytında bildirilib.
Bundan əvvəl Ermənistan hakimiyyət orqanları koronavirusa 249 təsdiqlənmiş yoluxma hadisəsinin olduğunu bildirmişdilər.
“Ermənistanda koronavirusa 265 yoluxma hadisəsi təsdiqləndi. On altı nəfər sağalıb, xəstəlikdən ölən yoxdur”, – deyə mərkəzin saytında məlumat verilib.