27 Mart 2020 09:08
2 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, tərəflər söhbət zamanı yeni növ koronavirusla mübarizədə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Liderlər həmçinin Covid-19 pandemiyasının tez bir zamanda aradan qaldırılması və virusun iqtisadi təsirlərini minimuma endirmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı kimi beynəlxalq qurumlara yardım etmək üçün G-7, G-20 ölkələri, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Çin, Fransa, Rusiya, İngiltərə, ABŞ) arasında əməkdaşlığın önəmli olduğunu diqqətə çatdırıblar.

Trampla Makron ikitərəfli və regional məsələlər ətrafında da müzakirə aparıblar.


Müəllif: Nərgiz

Oxşar xəbərlər