İtaliyada son sutka ərzində koronavirusdan 969 nəfər dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu, pandemiyanın başladığı gündən indiyədək rekord göstərici olub.
İtaliya virusa yoluxanların sayına görə Çini qabaqlayıb.
Son sutka ərzində ölkədə 4 401 nəfər koronavirusa yoluxub və bu say 86 498-ə çatıb.
Ali Sağlamlıq İnstitutundan bildirilib ki, İtaliya hələ pandemiyanın pik həddini adlamayıb.