Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) daha 37 nəfər dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca öz "Twitter" səhifəsində paylaşıb.
Məlumata əsasən, bu gün Türkiyədə 11 535 koronavirus testi keçirilib və onlardan 1610-nгn nəticəsi müsbət olub. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 168 nəfər təşkil edir.
Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 10 827 nəfərə çatıb, 162 nəfər isə xəstəlikdən sağalıb.