ABŞ-da koronavirusdan 200 minə qədər insan ölə bilər.
Teleqraf.com xəbər verir ki, belə proqnozla Ağ Evin koronavirusun yayılmasına qarşı mübarizə üzrə koordinatoru Debora Birks çıxış edib.
"Biz hardasa 100-200 min arası ölüm gözləyirik", - deyə o, Ağ Evdə jurnalistlər qarşısında çıxış edərkən deyib.
Qeyd edək ki, ABŞ-da koronavirusdan bir gün ərzində 700-dən çox insan ölüb. Bununla da ölkədə COVD-19 infeksiyasından ölənlərin sayı 3 774 nəfərə çatıb.
Xatırladaq ki, dünyada koronavirusdan ölənlərin sayı 36 405, yoluxanların sayı 750 890 nəfərdir.