1 Aprel 2020 14:10
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən Koronavirus (COVID-19) pandemiyasının qarşısının alınması məqsədilə maarifləndirmə işləri davam etdirilir.

Teleqraf.com xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, polis əməkdaşları, bələdiyyə sədrləri və üzvləri, yerli icra nümayəndələri və yerli idarələrin nümayəndələri tərəfindən Neftçala rayonu ərazisində mobil qruplar yaradılaraq, vətəndaşlarla profilaktiki söhbətlər aparılıb, insanlara evlərini tərk etməmələri tövsiyə olunub.

Rayon ərazisində maarifləndirmə işləri ilə yanaşı mütəmadi olaraq dezinfeksiya işləri də aparılır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər