29 Sentyabr 2014 16:34
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyində struktur bölmə rəhbərləri və baş mütəxəssislərin iştirakı ilə Türk Standartları İnstitutu tərəfindən ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi”nin tətbiqi, ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” və TS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” beynəlxalq standartlarının nəzarəti üzrə xarici audit keçirilib.

Teleqraf.com-un məlumatına görə, auditdə Türk Standartları İnstitutunun nümayəndələri Hatice Bektaş, Necati Karahan, İnstitutun Azərbaycan təmsilçisi Səlim Çələbi iştirak ediblər. 5 gün davam edən yoxlama zamanı auditorlar bir neçə istehsalat sahəsində, o cümlədən, Zaqatala Regional qaz istismarı İdarəsində olublar. Standartlarla bağlı müsbət rəy verilib, bəzi uyğunsuzluqların aradan qaldırılması üçün təkiflər irəli sürülmüş və maarifləndirmə işlərinin daha da gücləndirilməsinin vacibliyi qeyd edilib. Birlik ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi” üzrə standarta layiq görülüb, ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” və TS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi”nin vaxtı daha bir il müddətinə qüvvədə saxlanılıb.

Audit yoxlamasının başa çatması ilə bağlı keçirilmiş yığıncaqda “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev çıxış edərək auditorlar tərəfindən irəli sürülən bütün təkliflərin nəzərə alınacağını bildirib, gələcəkdə bu sahədə əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.

Naibə


Müəllif:

Oxşar xəbərlər