Türk ordusu Suriyanın şimalında 14 nəfərlik terrorçu qrupu məhv edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd edilir ki, terrorçular "Fərat Qalxanı" əməliyyatına aid əraziyə hücuma keçməyə cəhd ediblər.
PKK-nın Suriya qanadı olan YPG yaraqlıları əməliyyat zonasının yaxınlığında məhv ediliblər.