3 Aprel 2020 13:53
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası səbəbindən təxirə salınan “Eurovision 2020" onlayn-konsert formatında keçiriləcək.

Proqram mayın 16-da baş tutacaq.

Mahnı müsabiqəsi “Eurovision: Avropa bərq vurur” şüarı ilə baş tutacaq. İki saatlıq şounun aparıcıları Hollivud ulduzları Şantel Yanzen, Yan Smit, həmçinin müğənni Edsiliya Rombli olacaq.

Şou proqramda 41 musiqi nömrəsi təqdim olunacaq. Konsert həmçinin təşkilatın rəsmi “Youtube” kanalından da yayımlanacaq.

Onlayn-konsertə ötən illərdə musiqi yarışmasının qalibi olanlar da qatılmaq imkanı qazanacaqlar.

Təşkilatçılar bütün dünyanın telekanallarını bu şounu yayımlamağa çağırıb.

Qeyd edək ki, “Eurovision” mahnı müsabiqəsi mayın 12-dən 16-dək Rotterdamdakı “Ahoy” konsert zalında keçirilməli idi. Azərbaycanı müsabiqədə “Kleopatra” mahnısı ilə Efendi (Samirə Əfəndi) təmsil edəcək./Report/


Müəllif: Teleqraf.com