4 Aprel 10:30
5 508

Boko Haram terror təşkilatının 5 hərbi bazası Çad ordusu tərəfindən darmdağın edilib.

Teleqraf.com xəbər verir ki, başlayan xüsusi əməliyyatlar (“Bouma qisası”) barədə Çad prezidentinin mətbuat xidməti məlumat yayıb.

Açıqlmada əməliyyatların intensiv aparılacağı bildirilib.

Boko Haramın martın 23-də Bouma şəhərinə silahlı hücumlarında 98 hərbçi həyatını itirib. Çad ordusu isə martın 30-da Niger və Nigeriyada fəaliyyət göstərən terror təşkilatına qarşı savaş elan edib.

2000-ci ilin əvvəlindən Nigeriyada fəaliyyət göstərən Boko Haram 2009-cu ildən bəri törətdiyi terror aktları nəticəsində 20 min insan həyatını itirib.


Müəllif: Mənsur Rəğbətoğlu