“Ermənistanda koronavirusa yoluxanlardan 720 nəfər müalicə olunur”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O, ölkədə durumun ağırlığını nəzərə alaraq, fövqəladə vəziyyət rejiminin 10 gün daha uzadılacağını bildirib.
Aprelin 4-nə olan məlumata görə ölkədə koronavirusa yoluxanların sayı 770-ə çatıb, 7 nəfər ölüb.