ABŞ Prezidenti Donald Tramp qiymətlər hazırkı səviyyədə qalarsa, çox əhəmiyyətli neft vergiləri tətbiq edəcəyinə söz verib.
Teleqraf.com xəbər verir ki, prezident Səudiyyə Ərəbistanı və Rusiya rəhbərliyinə müraciət edərək, aradakı anlaşılmazlığı həll etməyə çağırıb.
“Əgər neft qiymətləri indiki səviyyədə qalarsa, əgər onlar (Rusiya və Səudiyyə Ərəbistanı) razılaşmazlarsa, mən çox vacib addımlar atacağam. Çünki biz indi müstəqilik. Bizim öz neftimiz var”, - Tramp qeyd edib.
ABŞ prezidenti bunu hansı şərtlər daxilində edəcəyi sualını cavablandırmayıb, sadəcə belə deyib: “Xaricdən neft almaq istəmirik”.