6 Aprel 2020 20:59
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son 21 gün ərzində sosial mediada COVİD-19-la bağlı əsassız və təxribat xarakterli məlumatlar yaymaqda şübhəli bilinən 616 nəfərdən 229-u saxlanılıb. Onlardan səkkizi həbs edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, aparılan araşdırmalarda bu növ məlumatlar yayan 3576 sosial media hesabı aşkarlanıb.

Əhali arasında qorxu, təşviş və narahatlıq yaratmaq məqsədilə yazılan bu məlumatların əksəriyyətinin FETÖ, PKK kimi terror qruplaşmaları tərəfindən hazırlandığı bildirilir.

Digər şübhəlilərin saxlanılması istiqamətində işlər davam etdirilir.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər