ABŞ-ın “Forbes” biznes jurnalı dünyanın 20 ən varlı insanının siyahısını dərc edib.
Teleqraf.com xəbər verir ki, bu siyahıda lider mövqeyində “Amazon” internet-reteylinin qurucusu və baş direktoru Ceff Bezos durur. Onun sərvəti 113 milyard ABŞ dolları qiymətləndirilir.
2-ci yerdə 98 milyard ABŞ dollar səvətlə “Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts qərarlaşıb.
3-cü yeri isə LVMH moda evinin sahibi Bernar Arno və onun ailəsi tutub. Onların sərvəti 76 milyard ABŞ dolları təşkil edir.
4-cü yerdə “Berkshire Hathaway” investisiya evinin rəhbəri Uorren Baffett olub. Jurnal onun sərvətini 67,5 milyard ABŞ dolları qiymətləndirib.
Liderlərin ilk beşliyini “Oracle” şirkətinin təsisçisi Larri Ellison qapayır. Onun var-dövləti 59 milyard ABŞ dollarıdır.
2020-ci ilin reytinqindəki milyarderlərin ilk 20 nəfərinin var-dövlətinin ümumi məbləği 1,14 trilyon ABŞ dolları təşkil edib.