8 Aprel 2020 15:43
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən etibarən Çin üç keçid məntəqəsi vasitəsilə Rusiya ilə yük daşımalarını bərpa edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Xarbindəki Baş konsulluğu məlumat yayıb.

“Çin səlahiyyətlilərindən alınan məlumata görə, Rusiya-Çin sərhədindəki aşağıdakı keçid məntəqələri vasitəsilə aprelin 8-dən etibarən yük daşınması bərpa ediləcək. Bunlar Sərhədyanı – Suyfenxe, Poltavka – Dunnin, Turiy Roq – Mişan sərhəd-lkeçid məntəqələridir”, – deyə Rusiya diplomatik nümayəndəliyinin “VKontakte”dəki səhifəsində bildirilir.

Baş konsulluq, həmçinin bildirib ki, aprelin 9-dan etibarən Mançjuriya-Zabaykalsk keçid məntəqəsi ilə sərnişin daşınması müvəqqəti dayandırılacaq, bu məntəqədən yük daşınması eyni rejimdə qalacaq.

Mart ayında Rusiyanın Xarbindəki baş konsulu Vladimir Oşepkov koronavirus infeksiyasına baxmayaraq Rusiya ilə Çin arasında yük daşınmasının həcminn artdığını söyləmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər