30 Sentyabr 2014 09:21
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada Daxili İşlər Nazirliyi keçiriləcək islahatlardan sonra əsasən Aydar və Donbasda vuruşan könüllülər arasında milis əməkdaşlığına götürücək işçilər seçəcək.

ANS PRESS-in məlumatına görə, hazırda Donets və Luqansk vilayətlərində bölgə müdafiəsi batalyonlarında 9 minə yaxın döyüşçü iştrak edir. “Əgər bunlardan yarısı döyüşlərdən sonra milisdə qalmaq istəsə biz bunu onlara təşkil edəcəyik”- deyə Ukrayna Daxili İşlər Naziri Arsen Avakov “birinci” milli kanalına müsahibəsində bildirib. O həmçinin DİN-in reformu üçün Gürcüstan, ATƏT və NATO-dan nümayəndələr cəlb olunacağını xəbər verib.

Xatırladaq ki, bundan əvvəl nazir Ukraynada milisi polislə əvəz etməyi təklif etmişdi.

Öz arqumentini nazir Donbasda bir sıra regionlara xüsusi status verilməsi ilə əlaqələndirib. Statusa əsasən “antiterror əməmliyyatları” keçirilən bölgələrdə milli milis bölmələri yaradılacaq. “İstəməzdik həmin (döyüşlərdən əvvəlki) milislərlə bunu əlaqələndirək”- deyə qərara fikrini nazir öz Facebook səhifəsində yazmışdı.

Qeyd edək ki, qərar ekspertlər tərəfindən müxtəlif cür qiymətləndirilib. Bəziləri qanunlardan xəbərsiz adamların milsə işə götürülməsini avropasayağı saymasa da, digərləri Ukrayna xalqının əsl qəhrəman saydığı insanlarla üz-üzə gəlməsini düzgün qiymətləndirir.


Müəllif:

Oxşar xəbərlər