Amerikalı senator Berni Sanders prezidentlik yarışından çəkildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, 78 yaşlı siyasətçi 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərinə əsas iddialı namizədlərdən biriydi.
ns.az
BANKSIĞORTAAVTOBİRJABİZNESTENDERMARKETİNQRƏSMİSOSİUMAQRODÜNYAVAKANSİYATƏHSİLİDMANSƏNAYEANALİTİKASORĞUVİDEOMÜSAHİBƏ
13.02.2020
ABŞ-da prezident seçkiləri kampaniyasında ancaq ağdərili namizədlər qalıb
ABŞ-ın Massaçusets ştatının sabiq qubernatoru Deval Patrik prezidentlik ambisiyalarından imtina edib.
Bu barədə “Reuters” xəbər yayıb.
Onun kampaniyasının dayandırılmasına səbəb Nyu-Hempşir ştatında daxili partiya seçkilərində nəticələrinin aşağı olması olub. Praymerizdə Patrik son yerlərdən birini tutub.
63 yaşlı siyasətçinin bu qərarından sonra siyahıda qaradərili namizəd qalmayıb.
Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın yaxın müttəfiqi olan D.Patrik 2019-cu ilin noyabr ayında seçki yarışına qoşulub. Bunun üçün o, Bostonda “Bain Capital” investisiya şirkətinin icraedici direktoru vəzifəsini tərk etmişdi.
Qeyd edək ki, hazırda Ağ Evə rəhbərlik uğrunda başda ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden olmaqla bir neçə nüfuzlu demokrat mübarizə aparır.
ABŞ-da prezident seçkiləri 2020-ci ilin noyabr ayına təyin olunub.