Türkiyədə son 24 saat ərzində daha 87 nəfər yeni növ koronavirusdan (COVİD-19) vəfat edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 812 nəfərə çatıb.
Nazir bildirib ki, ölkədə 4 117 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 38 226 nəfərə çatıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 485 000-i ötüb. Bunların 318 875 nəfəri sağalıb, 87 292 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.