Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 1,5 milyonu ötüb.
Teleqraf.com xəbər verir ki, bunu Con Hopkins Universiteti açıqlayıb.
Məlumata görə, artıq dünyada bu infeksiyaya yoluxanların sayı 1 504 971 nəfərdir. 88 min insanın koronavirus infeksiyası nəticəsində öldüyü qeyd olunur.
Ən çox yoluxma halları ABŞ-da müəyyən edilib. Ən son məlumatlara görə, Birləşmiş Ştatlarda 430 376 nəfər COVID-19 infeksiyasına yoluxma qeydə alınıb.
Qeyd edək ki, bundan öncə ABŞ-da koronavirus qurbanlarının sayının 14 mini keçdiyi bildirilmişdi.