Koronavirusa yoluxmuş İspaniyanın Ərazi Siyasəti naziri Karolina Darias sağaldığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, nazir “Tvitter”də yazıb:
“İndi bəli, 30 gün keçdikdən sonra mən COVID-19-u məğlub etdim. İzolyasiya şəraitində olmağıma baxmayaraq özümü heç vaxt tənha hiss etmirdim. Bu yolda mənimlə birgə olanlara təşəkkür edirəm. Mübarizəyə davam edənlərə güc arzulayıram və bu vurisu birlikdə məğlub edəcəyimizə ümid edirəm”.
Qeyd edək ki, nazirin koronavirusa yoluxması faktı martın 12-də məlum olub. Bundan əlavə kabinetin digər üzvünə – Bərabər imkanlar naziri İrena Monteroya da eyni diaqnoz qoyulub.
Pandemiyanın başlanğıcından aprelin 9-dək İspaniyada 150 mindən çox yoluxma hadisəsi qeydə alınıb, 15 mindən çox adam ölüb. Ancaq son günlərdə xəstəliyin yayılmasında yavaşlatmaq tendensiyası müahidə olunur.