14 Aprel 2020 15:51
1 598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın İdlib vilayətinin Qafar Taxarim qəsəbəsində bomba yerləşdirilmiş avtomobilin partlaması nəticəsində 1 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, ölən şəxsin məşhur məhkəmə hakimi olduğu bildirilib.

Partlayış zamanı hakimin avtomobilində olan iki yüksək vəzifəli şəxsin yaralandığı qeyd olunub.

Yaralan digər 3 şəxs isə hadisənin baş verdiyi ərazidən keçən azyaşlıdır.

Olayın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər