ABŞ-ın sabiq prezidenti Barak Obama prezident seçkilərində dəstəklədiyi namizədini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Obama keçmiş vitse-prezident Co Baydeni prezident kimi görmək istəyir:
“Baydeni vitse-prezident seçməyim ən düzgün qərarlarımdan biri idi. O, mənə yaxın dost oldu. Baydeni ABŞ-ın başçısı postunda görürəm. O, ölkəni mürəkkəb vaxtdan çıxara bilər. Bayden, eyni zamanda amerikalıların ölkə prezidentində görmək istədiyi keyfiyyətlərə malikdir”.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri bu ilin noyabrında keçiriləcək.