Yeni tip koronavirus dünyanın 24 ölkəsində qızılcadan peyvənd kampaniyasının təxirə salınmasına səbəb olub.
Teleqraf.com xəbər verir ki, BMT-nin Uşaqlara Dəstək Fondu (UNİCEF) koronavirus səbəbindən 117 milyon qızılca xəstəsi olan uşağn vaksin problemi ilə üz-üzə qaldığını açıqlayıb.
Qurum qeyd edib ki, koronavirus pandemiyası səbəbindən 24 ölkədə qızılça vaksini kampaniyası təxirə salınıb.
Ümumdünya Səhiyyə Təşkilatının qeydlərinə görə, 50 il müddətində təhlükəsiz və təsirli vaksinin olmasına baxmayaraq qızılca xəstəliyində son illər artım qeydə alınıb və 140 mindən çox insan həyatını itirib.