ABŞ Prezidenti Donald Trampın keçmiş müşaviri Rocer Ston “Microsoft”un qurucusu Bill Qeytsi insanlara mikroçip yerləşdirmək üçün koronavirus (COVID-19) infeksiyası yaymaqda ittiham edib.
Teleqraf.com xəbər verir ki, Ston milyarder iş adamının pandemiyanın yayılmasında ciddi rol oynadığını istisna etməyib.
“Bill Qeytsin bu infeksiyanın yaradılması və yayılması prosesində rol oynayıb-oynamadığını müzakirə etmək olar. O və digər qlobalistlər bundan insanlara mikroçip yerləşdirmək və peyvəndlərin hazırlanması işində çətinlik yaratmaq məqsədilə istifadə edirlər”, - keçmiş müşavir söyləyib.
Bill Qeyts 2015-ci ildə səsləndirdiyi ilginc proqnozlarla gündəmə gəlmişdi.
İş adamının proqnozu belə idi: “Qarşıdakı 10 il ərzində bir şey 10 milyondan çox insanı öldürəcəksə, bu, yoluxucu bir virus olacaq”.