Türkiyədə koronavirusdan ölənlərin sayı bu gün daha 125 nəfər artaraq, 1643-ə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
Son 1 gün ərzində 4801 nəfər virusa yoluxub. Bununla da, virusa yoluxanların sayı 74 mini ötüb. Ümumilikdə 7089 nəfər sağalıb.