“Bu temp davam edərsə, mayın 4-dək ölkədə koronavirusa yoluxanların sayı 2500, mayın 21-dək 5000 nəfər olacaq. Ermənistanda on yeddinci gündür koronavirusa yoluxma hallarının ikiqat artması müşahidə olunur”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Arsen Torosyan deyib.
Nazir yoluxma sayının qarşıdakı günlərdə artacağını istisna etməyib.
Bu gün Ermənistanda koronavirus infeksiyası hallarının sayı 1248-ə çatıb, 20 nəfər ölüb.