19 Aprel 2020 19:25
1 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Belarusa göndərdiyi koronavirus testləri iki ölkə arasında gərginliyə yol açıb.

Teleqraf.com xəbər verir ki, Belarus tərəfi test ləvazimatlarının yararsız olduğunu açıqlayıb. Prezident Aleksandr Lukaşenkonun sözlərinə görə, testlər tez-tez səhv nəticələr göstərir.

Rusiyadan gələn ləvazimatlar üçün “Cəhənnəm olsun” ifadəsini işlədən dövlət başçısı, deyib:

“Rus testlərindən imtina etdik. Səhv nəticələr göstərirlər. Çin məhsulundan istifadə etdik. Sadəcə 1 nəfərdə koronavirus aşkarlandı”.

Qeyd edək ki, Rusiya yardım məqsədilə Belarusa 10 min test göndərmişdi.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər