20 Aprel 2020 12:06
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Prezidenti Andjey Duda pandemiyaya baxmayaraq, ölkədə prezident seçkisinin planlaşdırıldığı - 10 may tarixində keçiriləcəyini deyib.

Teleqraf.com xəbər verir ki, bu barədə prezident “Gazeta Polska”ya verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, əks təqdirdə ölkə xaosa sürüklənər:

“Polyaklar üçün təhlükəli olduğunu söyləyən hər kəs seçkilərin olmamasının dövlətin iflic olmasına səbəb olacağını başa düşməlidir. Epidemiya və bunun səbəb olduğu iqtisadi böhranla mübarizə üçün yeni standartlara, həll yollarına ehtiyac duyuruq. Əgər, Polşa prezident seçməsə, o zaman ölkə xaosa girəcək”.

Qeyd edək ki, mayın 10-u Polşada prezident seçkilərinin ilk turu keçirilməlidir. Aprelin 6-da Polşa Seymi poçt vasitəsilə məsafədən səsvermə haqqında layihə qəbul edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər