22 Aprel 2020 11:31
2 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyada qiyamçı Haftar ordusuna qarşı başlayan hərbi əməliyyatlar Suriyada hərəkətlənməyə səbəb olub.

Teleqraf.com xəbər verir ki, silahlı müxaliflətin Rusiyanın Xmeymim bazasına hücuma keçməsinə cavab olaraq, Əsəd ordusu İdlibi bombalamağa başlayıb.

Türkiyə tərəfi İdlibin yenidən hədəf alınmasını Liviyadakı müttəfiqlərinin (Milli Sülh Hökuməti) Haftar ordusuna ağır zərbələr vurması ilə əlaqələndirir. Hökumət qüvvələri paytaxt Tripolinin qərbini qiyamçılardan geri aldıqdan sonra Haftarın qalası hesab olunan Tərxunə şəhərini mühasirəyə alıb. Şəhərin Haftardan alınmasının an məsələsi olduğu bildirilir.

Liviyada vəziyyət Rusiyanın müttəfiqi Haftarın əleyhinə dəyişdikdən sonra Əsəd ordusunun İdlibə hücuma keçməsi sual yaradıb.

Türk mediası Türkiyə Silahlı Qüvvələrinin rejim qüvvələrinə cavab verəcəyini yazır. Hələlik isə baş verənlərə nə Rusiya, nə də Türkiyədən rəsmi açıqlama verilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər