Rusiya Finlandiyanın İkinci Dünya Müharibəsində Karerilya bölgəsində yaşayan finlərin soyqırıma məruz qalması ittihamını irəli sürdükdən sonra istintaqa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Açıqlamada Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən gizlilik möhrürü ləğv olunan sənədlər üzərində araşdırmanın aparıldığı bildirilib.
“Finlandiyanın 1941-1945-ci illərdə Karerilyada yaşayan xalqın soyqırıma məruz qalması iddiası araşdırılır. İrqi ayrı-seçkilik əsasında baş verən cinayətləri törədənlər heç vaxt cəzasız qalmamalıdır. Belə cinayətlər onun nə vaxt baş verdiyinə baxmır”.
Bundan əvvəl Finlandiya hökuməti Rusiyadan arxivləri açmasını tələb edib.
Finlandiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada dünya müharibəsi dönəminə aid bütün məhkəmə proseslərinin 1947-ci ildə imzalanan Paris Sülh Müqaviləsi ilə həll olunduğu vurğulanıb:
“Bu nə Finlandiya, nə də Rusiya üçün yeni problemdir. Finlandiyanın hərbi siyasəti məsələsi müharibədən sonra məhkəmə tərəfindən dəqiqliklə araşdırılıb”.