“Təsadüfən estate.am saytında, “Ayrenik” kinoteatrının yaxınlığında bir elanda Baş nazir Nikol Paşinyanın mənzil satdığı barədə bir elan tapdıq. Bu Nikol Paşinyanın Kurtan kəndindəki mənzilidir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazıb.
“Hər şey qaydasındadır, amma ilk növbədə evinizin problemini özünüz həll etməlisiniz. Yaxşı? Mənim də evim yox idi. 24 saat işlədim və öz evimi tikdim. İndi yəqin ki, yeni bir ev tikməyin vaxtı gəldi”, - elanda bildirilib.
Qəzet qeyd edir ki, fevralın 27-dən bəri satışa qoyulan mənzil 85 min dollar dəyərində qiymətləndirilib:
“Yəni koronavirusun yayılması və fövqəladə vəziyyətin tətbiq edilməsindən əvvəl satışa qoyulub. Göründüyü kimi, baş nazir yeni bir ev almaq qərarına gəlib: ailəsinin hökumət kottecində yaşadıqdan sonra üç otaqlı mənzilə qayıtması ehtimalı azdır. Yeni qanuna görə təqaüdçü baş nazir dövlət tərəfindən mənzillə təmin edilmir. Lakin qanunsuz yolla əldə edilmiş əmlakın müsadirə edilməsi haqqında qanun, 50 milyon dramdan çox dəyəri olan əmlakın alınmasında problem yarada biləcəyi üçün, mümkün qədər özlərini sığortalamaq qərarına gəliblər. Çox güman ki, Paşinyan da, satışdan əldə edilən məbləğə yeni bir ev almaq üçün istifadə edəcək”.