24 Aprel 2020 00:36
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniya parlamenti koronavirus epidemiyası səbəbindən fövqəladə vəziyyət rejiminin iyunun 23-dək uzadılması ilə bağlı təklifi səs çoxluğu ilə qəbul edib.

Teleqraf.com xəbər verir ki, fövqəladə vəziyyətin bu müddətə uzadılması Baş Nazir və hakim Sosialist partiyasının rəhbəri Edi Ramanın təklifidir.

Səsvermədə iştirak edən 91 deputatdan 5 nəfər təklifin əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, Albaniyada 663 nəfər koronavirusa yoluxub, 27 nəfər ölüb, 385 nəfər isə xəstəliyə qalib gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər