Fransa Prezidenti Emmanuel Makron qondarma erməni soyqırımının 105-ci ildönümü ilə əlaqədar erməni həmkarı Armen Sərkisyana məktub göndərib.
Teleqraf.com xəbər verir ki, Makron qondarma iddiaya görə Türkiyəni ittiham etdiyi məktubda erməniləri “qardaş” adlandırıb.
Fransa prezidenti Makron məktubunda yazır:
“Bu gün erməni soyqırımının 105-ci ildönümü münasibətilə sizə, eləcə də erməni xalqına ən yaxşı qardaş və dostluq salamlarımı göndərirəm.
Fransa soyqırımın başlanğıcı hesab olunan Konstantinopolun (İstanbulun) erməni ziyalılarının 600 nümayəndəsinin qətliamını xatırladır. Bu gün Fransa qurbanların xatirəsini qorumaq, inkarla mübarizə aparmaq və bu faciəli hekayədən ciddi bir dərs öyrənmək üçün hər zamankindən daha çox borcludur.
Səhiyyə sahəsindəki mövcud vəziyyətdən irəli gələn təlimatlara ciddi hörmətlə yanaşaraq qərara gəldim ki, bu il Parisdə Fransa hökuməti üzvlərinin iştirakı ilə qısa bir mərasimlə qeyd olunsun”.
Makron qeyd edir ki, Fransa və Ermənistan daha effektiv çoxtərəfli və yeni həmrəyliyin xeyrinə beynəlxalq müstəvidə birgə fəaliyyət göstərəcəklər.
ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan Fransanın dövlət başçısının işğalçı ilə həmrəyliyə birmənalı qarşılanmır. Amma bundan əvvəllər də, Ermənistanın havadarı kimi çıxış edən Fransanın ermənilərin tarixi yalanlarını qəbul etməsi artıq təəccüb doğurmur.