COVID-19 infeksiyasına qalib gələn Böyük Britaniyanın Baş naziri Boris Conson aprelin 27-də vəzifəsinə qayıdacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə hökumət başçısının rəsmi nümayəndəsi məlumat yayıb.
Baş nazir aprelin 24-də öz müşavirləri ilə görüş keçirib. Rəsmi nümayəndənin sözlərinə görə, Conson Böyük Britaniyanın koronavirusla mübarizədə irəliləməsi haqqında ən son məlumat alıb".
Qeyd edək ki, koronavirusa yoluxan baş nazir aprelin 5-də xəstəxanaya yerləşdirilmişdi.