İsrail parlamentində fələstinliləri təmsil edən Vahid Ərəb Siyahısı Blokunun deputatı Əhməd ət-Tıybinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan fəxarətlə danışması hakim Likud partiyası tərəfindən ciddi narazılıqla qarşılanıb.
Teleqraf.com xəbər verir ki, Əhməd ət-Tıybi İsrail parlamentinin komissiya toplantısında çıxış edərək, Türkiyədəki İsrail vətəndaşı olan fələstinli tələbələrin ölkəyə qayıdışı üçün təyyarə ayırdığına görə Ərdoğana təşəkkür edib.
Bu zaman Baş nazir Netanyahunun lideri olduğu Likud partiyasından olan deputatlar ciddi narazılığını ifadə ediblər.
Beləcə, komissiyanın toplantısında əsl qarşıdurma yaranıb. Əhməd əl-Tıybi israilli deputatların etirazına cavab olaraq, Benyamin Netanyahunun korrupsiya dosyalarını xatırladıb və “Mən xarizmatik liderləri sevirəm. Haqqında korrupsiya iddiaları olanı deyil” ifadələrini işlədib.