30 Aprel 2020 10:21
1 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Afrika ölkəsi Qvineya-Bisauda baş nazir və digər üç kabinet üzvü koronavirusa yoluxub.

Teleqraf.com xəbər verir ki, bu barədə hökumət başçısı Nuno Qomez Nabiam açıqlama verib.

O, hazırda evdə olduğunu və özünü yaxşı hiss etdiyini bildirib.

Baş nazir Nabiamla yanaşı, daxili işlər naziri Botç Kande, ictimaiyyətlə əlaqələr naziri Mario Fambe və bölgələrarası inteqrasiya naziri Monika Boronun koronavirus testləri müsbət çıxıb.

COVID-19-la mübarizə komandası kabinet üzvləri ilə təmasda olan şəxsləri də karantinə alıb.

Martın 28-də fövqəladə vəziyyətin elan edildiyi Qvineya-Bisauda 185 yoluxucu var, 19 nəfər sağalıb, 1 nəfər həyatını itirib.


Müəllif: Mənsur Rəğbətoğlu