30 Aprel 2020 23:39
2 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-Yorkun Brukli bölgəsində cənazə evinin qarşısında durmuş iki traylerdə 100-ə yaxın cəsədin ortaya çıxması dünyada şok yaradıb.

Teleqraf.com xatırladır ki, Nyu-York əyalətində COVİD-19-dan 23 min 384 nəfər vəfat edib.

Şəhərdə cənazə evlərində sıxlıq özünü göstərir. Nyu-Yorkun beşinci bölgəsi olan və daha çox MDB məkanından gəlmiş miqrantların məskunlaşdığı Bruklindəki Andrev.T Kleckle cənazə evinin önündə duran iki yük maşınında 100 cəsəd tapılıb.

Məlumata görə, qonşular məhəllədə xoşagəlməz qoxu hiss etdikdə polisə şikayət edib, polisin işə qarışmasından sonra belə mənzərə ortaya çıxıb. Polis yük avtomobillərinin hər birində 50 cəsəd aşkarlayıb.

Cənazə evi isə bildirib ki, soyuducular işləmədiyi səbəbindən cəsədləri dəfn və ya yandırılmaq məqsədilə saxlamaq üçün yük maşınlarına yığıblar. Cəsədlərin çürüməkdə olduğu bildirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər