“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı Felluce rayonu yaxınlığında Əl-Secir və Əl-Saklaviye bölgələrində İraq ordusunun 30-cu briqadasının qərargahına təşkil etdiyi qanlı basqının görüntülərini yayımlayıb.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, sentyabrın 21-də 251 iraqlı əsgərin öldürüldüyü hücumda xlor qazından istifadə edildiyi məlum olub. Yerli mənbələrə görə, hücumda 118 əsgər də yaralanıb.
İŞİD qanlı basqın sonrası qərargahdakı proseslərin fotoşəkillərini yayıb.
Fotolarda təcavüzdən sonra İŞİD-in çox sayda tank və silahları ələ keçirdiyi görünür.
Samir