Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın S-400 zenit-raket kompleksi ilə bağlı suallara aydınlıq gətirib.
Axar.az xəbər verir ki, Qalın S-400 razılaşmasının gecikdiyini bildirib.
“S-400 razılaşması koronavirus pandemiyası səbəbindən geciksə də, proses planlaşdırıldığı kimi davam etdiriləcək”, - deyə sözçü bildirib.