Aprelin 28-də müayinə üçün xəstəxanaya köçürülən Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Köçəryanın əməliyyat edilməsi tələb olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə xəstəxananın baş həkimi Armen Çarçyan açıqlama verib.
Onun sözlərinə görə, yaşına görə Köçəryanın səhhətində ciddi problemlər əmələ gəlib və həkimlər onun vəziyyətini sabitləşdirməyə çalışırlar, lakin ona əməliyyat lazımdır.
Armen Çarçyan təfərrüatları açıqlamaqdan imtina edib.
Xatırladaq ki, Robert Köçəryan ötən il oktyabrın 9-da əməliyyat edilib, bədənindən şiş çıxarılıb.