1 May 2020 20:38
2 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus COVID-19 xəstəliyinin müalicəsi üçün peyvəndin tapılması və zəruri tibbi preparatların ixtirası prosesində Amerika Birləşmiş Ştatları liderlik etməkdədir.

Teleqraf.com xəbər verir ki, Ağ Evin koronavirusla mübarizə üzrə baş məsləhətçisi doktor Entoni Fauçi cümə axşamı günü eksperimental antivirus preparatının “Gilead Sciences” şirkəti tərəfindən hazırlanacağını bəyan edib. O, COVID-19 virusuna yoluxanların müalicəsində bu preparatın standart dərman kimi istifadə ediləcəyini bildirib.

Klinik araşdırmanın nəticələri göstərir ki, “Gilead Sciences” şirkətinin istehsal etdiyi nukleotid analoqlar sinfinə aid antivirus preparatı koronavirus xəstələrinin orqanlarının funksiyalarının bərpasına imkan yaradır və ölüm hallarının azalmasına səbəb olur.
“Gilead Sciences” şirkəti tərəfindən dərc olunmuş nəticələr göstərir ki, sözügedən preparatı qəbul edən xəstələr aparılan tədqiqatlar çərçivəsində platsebo - örtüklü tabletlərlə müalicə olunanların 31 faizindən daha tez sağalır.

Doktor Fauçi bildirib ki, tədqiqatın nəticələri barədə bu xəbəri 1986-cı ildə qazanılmış uğurla, həkimlərin ilk dəfə olaraq AİDS (QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu) virusunu müalicə edə bilən preparatı tapmaları ilə müqayisə etmək olar.
Hazırda ABŞ-ın qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə nəzarət üzrə inzibati idarəsi preparatın tibb müəssisələrinə tezliklə təqdim edilməsi barədə istehsalçı ilə danışıqlar aparır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər