İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 269 nəfər ölüb.
Teleqraf.com-un verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.
Məlumata əsasən, İtaliyada koronavirusdan ölənlərin ümumi sayı 28 236 nəfərə çatıb.
Bildirilir ki, son sutka ərzində 1 965 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 207 428 nəfər təşkil edir.