Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) Respublika Senatının spikeri Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul edib.
Teleqraf.com xəbər verir ki, Qazaxıstan MSK-nın bununla bağlı yaydığı məlumatda deyilir: “4 may 2020-ci ildə Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. İclasada Qazaxıstan Respublikası Parlament Senatının deputatı D.N.Nazarbayevanın səlahiyyətlərinin dayandırılması barədə qərar qəbul edilib”.
Sənəddə D.Nazarbayevanın səlahiyyətlərinə prezident Kasım-Jomart Tokayevin ölkə Konstitusiyasının 52-ci maddəsinin 5-ci bəndinə müvafiq olaraq imzaladığı fərman əsasında xitam verildiyi bildirilir.
Qeyd edək ki, mayın 2-də Tokayev Nazarbayevanın səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalayıb.
Qazaxıstan parlamentinin yuxarı palatasının deputatları 20 mart 2019-cu ildə ölkənin ilk prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqanı spiker seçmişdilər.