Ötən gün Ermənistan işğalçı qüvvələrinin cəbhənin cənub istiqamətində (Füzuli-Cəbrayıl) yerləşən bölmələri itki verib.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata əsasən, müqavilə əsasında xidmət keçən hərbi qulluqçu, 1988-ci il təvəllüdlü Taron Rubikoviç Poqosyan minaya düşüb. Nəticədə o ölüb.